Accounting Solutions MMC şirkəti təsis eildiyi tarixdən etibarən yerli fiziki və hüquqi şəxslərlə yanaşı eyni zamanda xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında fəaliyyət göstərən filial və nümayəndəliklərinə mühasibat uçotu, vergi və audit sahəsində məsləhət xidməti göstərən şirkətdir. Biznesin əsas dayaq sütunlarından biri düzgün mühasibat uçotunun qurulması və onun peşəkarlıqla davam etdirilməsindən ibarətdir. Düzgün uçot sisteminin qurulması isə təcrübəli və ixtisaslı komanda ilə mümkündür. Uzun illər maliyyə, vergi, audit və mühasibat uçotu sahəsində çalışmış yüksək ixtisaslı və peşəkar kadrlardan ibarət komandamız sizin biznes uğurunuzun təminatıdır.
Biz sizi biznesinizi idarə etmək və təkmilləşdirmək istəyirik. Bizimlə əməkdaşlığa başlamaq üçün, zəhmət olmasa, aşağıdakı formanı doldurun. Mütəxəssislərimiz sizinlə əlaqə saxlayacaqlar və təklifimiz haqqında ətraflı məlumat verəcəklər.